Şirkətimizin əsas gücü texniki mühəndislik və obyektlərin bütövlüyünün (integrity) qiymətləndirilməsi sahəsindədir. Aşağıdakı sahələr üzrə API sertifikatlı mütəxəssislərimiz (API 510, API 570, API 653) ilə xidmət göstəririk:
Risk-based Inspection (RBI) - API 580
Obyektlərinizdə riskə əsaslanan yoxlama strategiyalarının qurulması, optimallaşdırılması və icrası.
Fitness-for-Service (FFS) Analizləri - API 579
Dəyişmiş və ya zədələnmiş avadanlıqların istismara yararlılıq təhlili.
Təzyiqli qablar üzrə mühəndislik qiymətləndirməsi - API 510
Təzyiqli avadanlıqların texniki təhlili, həyat dövrünün qiymətləndirilməsi və yoxlama proqramları.
Boruların texniki yoxlaması və integrity qiymətləndirməsi - API 570
Boru xətlərinin istismarı zamanı risk, korroziya və nasazlıq risklərinin qiymətləndirilməsi.
Tankların texniki durumunun təhlili - API 653
Saxlama tanklarının struktur təhlükəsizliyinin və uyğunluğunun dəyərləndirilməsi.
Integrity Audit və Qrafik Planlaşdırma
Müəssisələr üçün texniki audit, yoxlama planları, korroziya dövrlərinin planlaşdırılması.